Yumurta ləkəsini çıxarmaq üçün əvvəl soyuq suda gözləməli və soyuq su ilə ön yuma edilməli sonra ilıq sabunlu suda yumalısınız.
Çaydanınızın içində yığılan ərpi təmizləmək üçün, 10-15 dəqiqə qədər içində sirkə qaynadın sonra yaxşıca yuyun.
Balıq iy verən tavanı limonla yaxşıca sürtün və daha sonra yuyun.
Tərəvəzləri duzlu suda yuyun.Duzlu su tərəvəzləri daha təsirli və tez təmizləyər. Tərəvəzlərdəki toz və palçığı suyun dibinə çökməsini təmin edər.
Rəngli köynəklər yuyulmadan əvvəl iki saat sirkəli suda buraxılsa rəngləri daha canlı olar.
Köynək yaxalarındakı çirkləri aradan qaldırmaq üçün, köynəyi maşına atmadan əvvəl yaxa hissəsinə sabun sürtüb 15 dəqiqə gözləyin.
Yapışqan ləkələrini çıxarmaq üçün,geyim sirkə ilə isladılıb, bol su ilə durulanmalıdır.
Bişirdiyiniz keks qəlibindən çıxmırsa, qabın altına yaş bir bez yayaraq bir az gözləyin.
Badımcanların acısını almaq üçün, soyulduqdan sonra duzlu suda gözlədilər.
Yeməyinizin duzu çox olduğu zaman qazana bir neçə parça çiy kartof atın, çox duzu çəkəcəkdir.
Kartof bişirərkən suyuna bir qaşıq sirkə qoyulsa həm rəngi sarı qalar həm də daha ləzzətli olar.
Kəsik limonu necə saxlayarsınız:Kiçik bir qaba şəkər tozu səpin,kəsik tərəfi şəkərin üzərinə olacaq şəkildə qoyun iki həftə limon qurumadan saxlanar.
Portağalları sıxmadan əvvəl yarım saat soyuq suda gözlətsəniz sıxdığınızda daha çox portağal suyu əldə edərsiniz.
Dondurulmuş əti az sirkəli suda gözlətmək daha asan bişməsini təmin edər.