AİLƏ QURULUŞUNDA SAĞLAMLIQ

İzdivacın ilk mərhələsi sona yetdikdən sonra gənc ər və arvad son dərəcə eşq və məhəbbət sayəsində öz birgə
yaşayışlarına başladıqda, həyatın təməlini təşkil edən bir neçə məsələyə diqqət yetirməlidirlər. Belə ki, bu məsələlərə qətiyyən e᾽tinasızlıq etmək olmaz.

Belə məsələlərdən biri, həyatın bütün sahələrində
təmizliyi və sağlamlığı qorumaqdır.
Bədən, saç, ağız, diş, geyim, döşənəcək, ev əşyaları,
xüsusilə mətbəx əşyaları, bir sözlə, gündəlik həyatla bağlı
olan hər bir şeyə səhiyyə və təmizlik baxımından olduqca
diqqət yetirilməlidir.
Bir çox gənc ailə başçıları ailə həyatının ilk günlərində
təmizlik və sağlamlıqla bağlı məsələlərə əhəmiyyət
verməyərək, yalnız yeyib-içmək və zahiri ləzzətlərlə
kifayətlənirlər. Onların həyatında nizam-intizamdan,
təmizlikdən əsər-əlamət yoxdur. Bu e᾽tinasızlığı sağlam
fitrət, ağıl və ilahi din heç bir formada qəbul etmir. Əksinə,
ona böyük nifrət bəsləyir. Bundan əlavə mümkündür ki, bu
e᾽tinasızlıq uzun zaman onların həyatına hakim olsun və
ailə üzvlərini sağlamlıq baxımından təhlükə ilə
qarşılaşdırsın. Belə məsələlər, xüsusilə uşaqlara xoşagəlməz
tə᾽sirlər göstərir və onları e᾽tinasız, xəstə, zəif və cəmiyyət
üçün bir yükə çevirir. Bununla da, onlarda rəzalətə və
müxtəlif günahlara yol açır.
Allah-təala Qur᾽anda təmizliyi, daxili və zahiri paklığı
qoruyan şəxslərə eşq e᾽lan edərək buyurur: «Allah (günahından) tövbə edənləri, təmiz və pak
olanları sevir»
1
.
İslam dini, başqa sözlə desək, Qur᾽anda, Peyğəmbərin (s)
kəlamlarında və Əhli-beytin hədislərində öz əksini tapmış
vəhy dini, həyatın bütün sahələrində paklıq, təmizlik və
sağlamlığa olduqca böyük əhəmiyyət verir. Onun bu sahəyə
diqqəti digər dinlər arasında misilsizdir. Bu səmavi dinin
səhiyyə mövzusundakı beş mindən çox göstərişinin bir
hissəsi «Vəsailüş-şiə» kitabının birinci və ikinci cildlərində
qeyd olunmuş, bütün tibbi qanunların fövqündə olduğunu
sübuta yetirmişdir.
İslam dini təqribən on beş amili təmizlik və sağlamlıq
amili kimi göstərmişdir. Belə bir səhiyyə sistemi heç bir
dində mövcud deyildir.
İslam bir çox yerlərdə çirkinliyi, aludəçiliyi haram hesab
etmiş, bu işi görən şəxsin isə qiyamət günü Allahın əzabına
düçar olacağını bildirmişdir.
Axar su, quyu suyu, bulaq suyu, yağış suyu,
hündürlükdən bir şeyin üstünə axan az su, torpaq, yer,
günəşin maneəsiz şüası, od, nəcis şeyin digər bir hala
düşməsi ‒ bütün bunların hamısı öz növbəsində və
müəyyən olunmuş şəraitdə pak edənlərdəndir (mütəhhərat).
Haqq elçisi (s) bir neçə rəvayətdə təmizlik və paklığın
əhəmiyyətinə toxunaraq buyurmuşdur: «Təmizlik imanın
yarısıdır».2
Çox maraqlıdır ki, imanın yarısını bütün əxlaqi, əməli
məsələlər təşkil etdiyi halda, qalan yarısını təmizlik və
təmizliyə verilən əhəmiyyət təşkil edir. Bu hər bir düşüncə
sahibini heyran edir.
«Qiyamət günü ilk (hesabı) soruşulacaq şey təmizlikdir».1

Rəsulullah (s) ağızın, saçın, üzün tükünün, geyimin, ev
əşyalarının, küçələrin, şəhərin və kəndlərin, hətta ölülərin
təmizliyinə belə olduqca əhəmiyyət verir və bu sahəyə
bütün dünya xalqlarından daha çox riayət edirdi.
Onun ölülərin sidrli, kafurlu su ilə, sonra da xalis su ilə
yuyulmasını, səcdə yerlərinin kafurlanmasını, qəbrin dərin
qazılmasını, ləhədin düzülməsində və torpaqla
doldurulmasında nizam-intizama riayət olunmasını
tapşırmasının səbəbi qəbirdə meyitin bədəni çürüyüb
parçalandıqda, torpaq və kafurla qarışdığı zaman şəhər və
digər yaşayış məntəqələrində sağlamlığa riayət olunmasıdır.
Həqiqətən bu, İslamın mö᾽cüzələrindəndir.
O həzrət daxili və zahiri təmizliyə riayət etməkdə o qədər
dəqiq idi ki, Əli (ə) kimi bir mə᾽sum dünya xalqlarını o
müqəddəs varlığın təmizliyindən dərs almağa səsləyir: «Ən
pak və təmiz varlıq olan Peyğəmbərdən dərs al. Həqiqətən,
o müqəddəs varlıqda ona tabe olmaq istəyənlər üçün
(həyatın bütün sahələrində) böyük dərslər vardır».2
Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqətən, Allah pakdır
və pakları sevir. Pakizədir, pakizələri sevir. Paklığın,
təmizliyin dəyəri Allaha aid ediləcək qədər böyükdür».3
Əli (ə) buyurmuşdur: «Özünüzü su vasitəsilə digərlərini
narahat edən pis iydən təmizləyin. Özünüzə qarşı
məs᾽uliyyət hiss edin. Allah-təala camaatın yanlarında
oturmasından xoşları gəlməyən çirkli insana kin bəsləyir».4
Rəsuli-əkrəm (s) buyurmuşdur: «Bədəninizi pak saxlayın
ki, Allah da sizi paklasın. Həqiqətən, kecəni sübhə qədər pak
və pakizə qalan şəxsi bir mələk müşayiət edir və gecənin hər bir saatında deyir: «Pərvərdigara! Bu bəndəni bağışla! Çünki
o gecəni sübhə qədər pak olmuşdur»;1 «Çirkin insan çox pis
insandır»;2 «Çirkin və aludə insanlar həlak oldular».3
Cabir ibn Abdullahdan rəvayət olunur: «Allah elçisi (s)
başı daranmamış bir şəxs gördükdə buyurdu: «Saçını
darayacaq bir şey tapmadınmı?»
Çirkin paltar geyinmiş birini gördükdə buyurdu: «Çirkli
paltarını yuyacaq su tapmadınmı?».4
İmam Baqir (ə) buyurmuşdur: «Evi süpürmək
yoxsulluğun aradan qalxmasına səbəb olur».5
İmam Sadiq (ə) buyurmuşdur: «Qabları yumaq, evin
astanasını süpürmək ruzini artırır».6
Əli (ə) buyurmuşdur: «Evin zibilini arxasına yığmayın.
Həqiqətən, (zibil yığılan yer) şeytanların yığınacaq yeridir».7
yeridir».7
Şeytan, «şətən» sözündən götürülmüşdür və «çirkin»,
«incidən», «şər» mə᾽nalarını ifadə edir.
Bu, İslamın mö᾽cüzəsidir. Mə᾽sum şiə imamları mikrob
kəşf olunmazdan əsrlər öncə şeytan ifadəsi ilə bu çirkin
varlıq haqqında mə᾽lumat vermişlər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Süfrədən artıq
qalan, yeyilməsi, istifadə olunması mümkün olmayan şeyləri
gecəyə qədər evdə saxlamayın. Onu gündüz evdən çıxarın.
Həqiqətən, süfrənin istifadəsi mümkün olmayan qalıqları
şeytanın oturacaq yeridir»;8 «Bacardığınız qədər təmizliyi qoruyun. Həqiqətən, Allah İslamın təməlini təmizlik
üzərində qurmuşdur. Behiştə yalnız pak və pakizə olanlar
daxil olacaq».1
İmam Rza (ə) buyurmuşdur: «Təmizlik peyğəmbərlərin
xüsusiyyətlərindəndir».2
Haqq elçisi (s) Aişəyə buyurur: «Bu iki libası yu.
Bilmirsənmi, libas Allahı təsbih edir?! Çirkli olduqda isə, bu
təsbihin arası kəsilir».3
Ailə üzvləri təmizlik mövzusuna aid bir çox Qur᾽an
ayələri və çox mühüm rəvayətlərə nəzər salaraq
bədənlərinin, geyimlərinin, ev əşyalarının və evin
təmizliyinə əhəmiyyət verməli, bacardıqları qədər təmizliyə
riayət etməlidirlər.
Evin kişisi, ailə başçısı Qur᾽an ayələrinə əsasən, təqva
məsələsində qadınına kömək etməli olduğu kimi, təmizlik
işlərində də ona yardım etməlidir. Qadının evi, ev əşyalarını
təmiz saxlaması əxlaqi bir vəzifədir. O, bu hərəkəti ilə
Haqqın razılığını cəlb edir və ailə üzvlərinin sağlamlığını
qoruyur.
Evin xanımı bilməlidir ki, ev işləri onun üçün ibadətdir
və o, Allahdan bunun mükafatını alacaqdır

COPYRİGHT © 2022 AILE.GE

Share on facebook
Share on twitter
Share on skype
Share on telegram
Share on whatsapp
Share on email

COPYRİGHT © 2022 AILE.GE