QADININ İFFƏTİ VƏ HİCABI

Qadının gözəlliyini örtən, onu tərbiyəsiz və aludə
insanların baxışlarından qoruyan örtük və ya hicab
Qur᾽andan qaynaqlanan ilahi bir göstərişdir.
Hicabın ən gözəl nümunəsi Zəhra (s.ə) yadigarı olan
çadra elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə,
bir çox təhlükələrdən qoruyur.
Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında
olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən
amanda qalır.
Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs
alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir
məmləkətin mə᾽nəviyyatını yıxmağa qalxmaz.
Əgər gənc oğlanlar küçədə, bazarda, elm mərkəzlərində,
idarələrdə və s. kimi ümumi obyektlərdə qız və qadınların
gözəlliklərini müşahidə etməzlərsə, bu zaman pozğunluqlar,
digərlərinin namusuna təcavüz, zina, homoseksualizm, ruhi
xəstəliklər, tüfeylilik və digər bu kimi problemlərlə
qarşılaşmaz, minlərlə iste᾽dad heyvani həyat qəbiristanlığına
gömülməz.
Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın
üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir
göstərişini, Qur᾽anda buyurulan bir əmri inkar etdiyi üçün
kafir sayılır.
Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla
ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların
arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina,
evladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı
166
bir qız gənc müsəlman oğlana ərə gedə bilməz. Çünki bu evlilik qanunsuz, onların
arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina,
evladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə gedə bilməz. Çünki
yuxarıda qeyd olunanlar ona da şamil edilir.
Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri
üçün qoruyur.
Qadın hicab zinəti ilə zinətləndiyi bir halda təhsil, tərəqqi
mərhələlərini asanlıqla keçə bilər. «Hicab tərəqqi yolunun
maneəsidir» prinsipi şeytani bir vəsvəsə olaraq qarətçi
müstəmləkəçilərin, namus oğrularının dünya xalqlarına
aşılamaq istədikləri yanlış bir fikir, qərb və şərq
dövlətlərinin sayaqlamalarıdır.
Ailələrin səmimiyyəti, kişilərin qəlblərinin təskinliyi, ər
və arvad münasibətlərinin möhkəmliyi, kişinin öz nikahlı
qadınına məhəbbəti, e᾽tibarı – bütün bunların hamısı
qadınların hicab və örpəyinə borcludur.
Əgər kişilər asanlıqla, istədikləri şəkildə (qeyri-qanuni
yolla) qadınlara sahib ola bilsələr, bu zaman onların öz
nikahlı qadınlarına qarşı eşq və məhəbbətlərinin heç bir
zəmanəti olmayacaq, yuvalar asanlıqla dağılacaqdır.
Hicabsızlıq, qərbin təlqin etdiyi şəkildə qadının
özbaşınalığı onun azadlığı demək deyil. Bu növ azadlığın
ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz: Hicabsızlıq
indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli
qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın
sayını artırıb; yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir
çox kişi və qadınların İslamdan, dindən çıxmasına səbəb
olub və s.
Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı
nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar.
İranda mövcud olan ailə quruluşu həya, iman, təqva
əsasında qurulan, olduqca güclü, möhkəm bir ailə
quruluşudur. Bu səbəbdən, təlaq da digər ölkələrə nisbətən
olduqca azdır .

COPYRİGHT © 2022 AILE.GE

Share on facebook
Share on twitter
Share on skype
Share on telegram
Share on whatsapp
Share on email

COPYRİGHT © 2022 AILE.GE