İMAM HÜSEYNİN (Ə) ŞƏHADƏTİNİN 40-CI

İMAM HÜSEYNİN (Ə) ŞƏHADƏTİNİN 40-CI GÜNÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLİB

Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyinin mərasim zalında İmam Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Ərbəin zühura gedən yol” başlıqda seminar təşkil olunub.
Marneuli rayonu və kəndlərdən dəvət olunan inanclı xanımların iştirak etdiyi seminarda öncə seminarın moderatoru Rəhimə Qurbanova seminarın açıq elan edərək Quran tilavəti üçün sözü Şahnaz Həsənova verib.
Sonra seminarın təşkilatçısı Gürcüstan Müsəlman Qadınları İcmasının digər üzvləri Fatimə Süleymanova, Naidə Hacıyeva, Əsmaya Əbilova və başqaları mövzu ətrafında çıxış edib.
Çıxış edənlər Ərbəinin mənəvi və fəlsəfi mahiyyəti, İmam Zamanın (ə) zühuruna töhfələri, İmam Hüseyn (ə) məktəbində insani məqam və məsuliyyət dərsləri ətraflı danışıblar.
Nəhayət seminar İmam Zaman (ə) duası ilə sona çatıb.

COPYRİGHT © 2022 AILE.GE

Share on facebook
Share on twitter
Share on skype
Share on telegram
Share on whatsapp
Share on email

COPYRİGHT © 2022 AILE.GE